60 santimetrlik nəhəng körpə doğulub

   60 santimetrlik    nəhəng körpə doğulub
  29 Noyabr 2023    Oxunub:1221
Rusiyanın Vladivostok bölgəsində çəkisi beş kiloqramı keçən körpə dünyaya gəlib.
Bu barədə Vladivostok şəhərinin 3 saylı doğum evi məlumat yayıb.

Doğuş prosesini həkimlər qeysəriyyə əməliyyatı ilə reallaşdırıblar. Yeni doğulan körpənin çəkisi 5120 qram, boyu isə 60 santimetr olub. Bir qayda olaraq, uşaqlar dünyay gələndən 1,5 ay sonra belə göstəricilərə çatırlar. Mütəxəssislərin fikrincə, belə hallara nadir hallarda rast gəlinir.

"Hazırda ana və körpə həkimlərin nəzarəti altında saxlanılırlar. Onlar özlərini yaxşı hiss edirlər. Tezliklə xəstəxanadan evə buraxılıcaqlar", - məlumatda qeyd edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Körpə  





Xəbər lenti