5 gürcü Fransada 1 aya 36 oğurluq etdi

 5 gürcü Fransada  1 aya 36 oğurluq etdi
  23 Noyabr 2023    Oxunub:1167
Fransanın cənub-qərbində gürcülərdən ibarət cinayətkar dəstə yaxalanıb. Onlar qızıl-zinət əşyaları oğurlayarkən ələ keçiblər.
AzVision.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Oğurluğa getdiyi evdə yuxuladığı üçün ələ keçdi
Quldurlar bir neçə həftəlik araşdırmalardan sonra noyabrın 15-də Jiron və Tuluzada saxlanılıblar. Polisin məlumatına görə, 5 gürcü oktyabrın 20-dən noyabrın 15-dək Bordo bölgəsində baş vermiş ən azı 36 oğurluq hadisəsində iştirak edib.

"Onlar çox sürətlidirlər, maşınlarında yatırlar və bir gecədə bir neçə oğurluq edə bilirlər", - Fransa jandarmının yaydığı məlumatda deyilir.

Saxlanılan zaman soyğunçuların üzərindən qızıllar, həmçinin kompüter, telefon və eynək kimi 250 ədəd bahalı əşya aşkar edilib. Təqsirləndirilən şəxslərin barəsində dekabrın 21-dək həbs qətimkan tədbiri seçilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Oğurluq  





Xəbər lenti