İnsanlar Yeri məhv etdi: Ümumdünya kataklizmi qaçılmazdır

      İnsanlar Yeri məhv etdi:    Ümumdünya kataklizmi qaçılmazdır
  22 Noyabr 2023    Oxunub:1132
Antarktidadakı nəhəng buzlaqların ərimə sürəti yaxın onillikdə xeyli artacaq, onların hamısı suya çevrilərək dünya okeanının səviyyəsini 5 metr qaldıracaq.
Britaniya alimləri bu qənaətə gəliblər ki, Antarktida buzlaqlarının əriməsinin qarşısını almaq artıq mümkün deyil. Ümumdünya kataklizmi artıq istixana qazlarının azaldılması və sənayeyəqədərki dövrlə müqayisədə qlobal istiləşməni Paris iqlim sazişində nəzərdə tutulan 1,5 dərəcə səviyyəsində dayandırmağı bacarıb-bacarmayacağından asılı olmayaraq baş verəcək.

Belə ki, Antarktidadakı buz qatını qoruyub saxlamaqdan ötrü iqlim dəyişmələri ilə mübarizəni bir neçə onilliklər əvvəl aparmaq lazım idi. Hazırda bu proses üzərində nəzarət artıq itirilib. Britaniya alimləri iqlimin müxtəlif ssenarisini quraraq bu fikrə gəliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti