“Rusiya “Həmas”a silah ötürüb” – İsrailli ekspert

   “Rusiya “Həmas”a silah ötürüb” –    İsrailli ekspert
  20 Noyabr 2023    Oxunub:4396
“Biz təkcə “Həmas”, “Hizbullah” və İranla deyil, həm də Rusiyanin hərbi-sənaye kompleksi ilə mübarizə aparırıq. Rusiya “Həmas”ın İsrailə hücum planları barədə əvvəlcədən məlumatlı olub, ona görə də, terror qruplaşmasına silah ötürüb və ərəb terrorçularına təlim keçib”.
Bu sözləri AzVision.az -a İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının ehtiyatda olan polkovnik-leytenantı Mark Babot deyib. O bildirib ki, “Həmas” yaraqlıları Rusiyada, İranda və ya Qəzzada Rusiya lisenziyası ilə istehsal edilmiş “Kalaşnikov” avtomatları ilə silahlanıblar. Yaraqlılarda digər rus silahları da olub: bombalar, qumbaralar, minalar, yüksək partlayıcı maddələr, bu gün Ukraynada istifadə olunan müxtəlif növ tank əleyhinə raketlər, “Metis” və “Kornet” ATGM-ləri, “RPG-7”lər və s.
“Biz papadan artıq müqəddəs olmayacağıq” – İsrailli hərbçi (Eksklüziv)

Ekspert vurğulayıb ki, “Həmas” bütün silahları kənardan edilən yardımlar sayəsində alır. Tehran təlim, logistika və “Həmas”ın maliyyələşdirilməsi ilə də məşğul olur. Bəzi HƏMAS terrorçuları əvvəllər regionun qonşu ölkələrində qabaqcıl hərbi taktika təcrübəsi qazanıblar.

- “Həmas” və digər yarımproksilər Suriyada təlim keçirlər. Aydındır ki, ruslar bu işdə təlimatçı və unikal təcrübəyə malik mütəxəssislər kimi iştirak edirlər. “Həmas”, Hizbullah, İran və Rusiyanın əməkdaşlığı və maraqları bir çox səviyyələrdə sıx bağlıdır. Ehtimal etmək olar ki, Moskva və Tehran burada çiyin-çiyinə fəaliyyət göstərirlər. Bu koordinasiyalı terror aktı bir neçə ay əvvəl hazırlanıb və fürsət gözləyirmiş,- Mark Babot deyib.

Tariyel Həsənov
AzVision.az

İsrail-ərəb münaqişəsinin tarixi ilə bağlı bu yazılar da çox maraqlıdır:
Hər şey belə başladı: Birinci yəhudi-ərəb müharibəsi, yaxud İsrail necə yaranmışdı
"Muşketyor" əməliyyatı və Süveyş böhranı: İsrail Qəzzanı necə tutmuşdu
“Hindquşu ovu”: İsrail üç ölkənin aviasiyasını bir gündə necə məhv etmişdi


Teqlər:   İsrail   Həmas   Rusiya  





Xəbər lenti