VİP salonlarında xidmət göstərilməsi qaydası dəyişib

VİP salonlarında xidmət göstərilməsi qaydası dəyişib
  20 Noyabr 2023    Oxunub:609
Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə edəcəklər.
Nazirlər Kabineti bununla bağlı qərar verib. İndiyə qədər Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti