Alman siyasətçilərin bərbər və vizajistlərə xərclədiyi vəsait açıqlanıb

   Alman siyasətçilərin bərbər və vizajistlərə xərclədiyi vəsait açıqlanıb
  17 Noyabr 2023    Oxunub:1417
Almaniya Federal hökuməti 2023-cü ilin yanvar ayından etibarən vizajistlərə və bərbərlərə xərclərini açıqlayıb. Buna səbəb Bundestaqın deputatı Stefan Brandnerin müraciəti olub. Almaniya hökumətinin məmurlarının ümumi xərcləri 186 min avro təşkil edib.
AzVision.az xəbər verir ki, “Bild” nəşri bununla bağlı məqalə hazırlayıb.

Hesabata əsasən, Almaniyanın 42 yaşlı xarici işlər naziri Annalena Berbok 2023-cü ildə saç düzümü və makiyaj üçün təxminən 100 min avro xərcləyib. O siyasətçilər atasından ən çox pul xərcləyən olub. Nəşr qeyd edir ki, buna səbəb XİN rəhbərinin çox səyahət etməsidir.

İkinci yerdə 65 yaşlı Almaniya kansleri Olaf Şolts qərarlaşıb: yanvarın 1-dən o, saç düzümü və makiyaj üçün 23 013 avro xərcləyib. Almaniya lideri, yeri gəlmişkən, yarı keçəldir.

Almaniyanın maliyyə naziri, 44 yaşlı Kristian Lindner oxşar xidmətlərə cəmi 1833 avro xərcləyib.

Ən qənaətcil 54 yaşlı İqtisadiyyat Naziri Robert Habek olub, o, bütün il ərzində vizajistlərə və bərbərlərə cəmi 550 avro xərcləyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti