Tibbdə ilk: Xəstəyə bütöv göz köçürdülər

   Tibbdə ilk:    Xəstəyə bütöv göz köçürdülər
  11 Noyabr 2023    Oxunub:2081
Nyu-Yorkdakı (ABŞ) “NYU Langone Health” tibb mərkəzinin cərrahları dünyada ilk dəfə insana tam göz transplantasiyasını həyata keçiriblər.
İndiyədək həkimlər yalnız buynuz qişanı köçürə biliblər.

“Bizim bir gözü köçürməyimiz irəliyə doğru böyük bir addımdır”, - deyə həkimlər qrupuna rəhbərlik edən Eduardo Rodriges bildirib.

Xəstə iş yerində yüksək gərginlikli elektrik cərəyanının təsiri nəticəsində sağlamlığını itirmiş Arkanzas ştatından 46 yaşlı hərbi veteran Aaron Ceyms olub. Hadisə nəticəsində onun üzünün sol nahiyəsi, o cümlədən gözü, burnu və ağzı zədələnib.

Əməliyyat 21 saat davam edib.

Cərrahların sözlərinə görə, transplantasiya edilən orqan əməliyyatdan sonra heyrətləndirici sağlamlıq əlamətləri göstərib. Rodrigesin sözlərinə görə, onun görmə qabiliyyəti bərpa olunmasa belə, canlı göz almasının köçürülməsi bir çox yeni imkanlara yol açır. Ceymsin yeni gözlə görüb-görə bilməyəcəyi isə hələ məlum deyil.
AzVision.az



Teqlər: Həkim   Göz  





Xəbər lenti