Çinin Antarktidadakı beşinci stansiyası 4 aya hazır olacaq

   Çinin Antarktidadakı beşinci stansiyası 4 aya hazır olacaq
  02 Noyabr 2023    Oxunub:1692
Çin beşinci Antarktika stansiyasının tikintisini 2024-cü ilin fevralında başa çatdırmağı planlaşdırır.
Bu barədə “Global Times” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, obyekt Ross dənizi ərazisində yerləşəcək. Stansiya üçün 5,2 min kv.m sahə seçilib. Ərazi yayda 80 nəfər, qış mövsümündə isə 30 nəfərə qədər işçi heyəti yerləşdirmək üçün nəzərdə tutulub.

Qeyd edilib ki, çinli alimlər orada çoxsaylı tədqiqatlar aparacaq, o cümlədən fənlərarası layihələri planlaşdıracaqlar. Əsas diqqət Antarktida sahillərində təbiət hadisələrinin, ekologiyanın və canlı təbiətin, okeanın vəziyyətinin müşahidəsinə yönəlib.

Vurğulanıb ki, Avstraliya və Norveçin iştirakı ilə tədqiqat proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, təchizat sahəsində Rusiya, Avstraliya, Böyük Britaniya, İtaliya, Koreya Respublikası, ABŞ və Çili ilə qarşılıqlı əlaqənin qurulması planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti