İlin ikinci Ay tutulması başlayıb

 İlin ikinci  Ay tutulması  başlayıb
  28 Oktyabr 2023    Oxunub:1699
Bu gün ilin ikinci Ay tutulması başlayıb.
AzVision.az xəbər verir ki, təbiət hadisəsi qismən Ay tutulmasıdır.

Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

Bu ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

AzVision.az



Teqlər: AyTutulması  





Xəbər lenti