Hesabı görən kişi sevgilisini restoranda qoyub qaçdı

Hesabı görən kişi sevgilisini restoranda qoyub qaçdı
  18 Oktyabr 2023    Oxunub:1755
ABŞ restoranlarından birində maraqlı hadisə baş verib.
New York Post yazır ki, bir nəfər masanın hesabını alandan sonra görüşdüyü qızı restoranda qoyaraq qaçıb. Qadının sözlərinə görə, kişi tualetə getmək adıyla ayağa duraraq yoxa çıxıb.

O qeyd edib ki, yeni tanış olduğu kişi ilə dəniz məhsullarından yeməklərin hazırlandığı restoranda görüş haqqında razılaşıblar. Orada kişi yalnız içki sifariş versə də, qadın 50-yə yaxın stiridiya sifariş edib. Qonaqlığın sonunda cütlüyə hesab gətirilib. Qiymətləri görən amerikalı təcili tualetə getməli olduğunu deyib. Qadın gözləsə də, kişi bir daha geri qayıtmayıb.

"10, 20, 30 dəqiqə keçdi və o, hələ də ayaqyolundan dönmürdü", - qadın arzuolunmaz hadisəni xatırlayıb.

O əlavə edib ki, hesabı özü ödəyib və kişini bu hərəkətinə görə tənqid edib. Xəsis kişi isə cavabında deyib ki, “Səni içkiyə dəvət etdim və yemək sifariş etməyə başladın. İçkinin pulunu qaytara bilərəm”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Restoran   ABŞ  





Xəbər lenti