Şəhid və qazi övladları "Möcüzələr şəhəri"ndə

   Şəhid və qazi övladları  "Möcüzələr şəhəri"ndə
  13 Oktyabr 2023    Oxunub:2129
Bu gün Bakı Dövlət Sirki "Möcüzələr şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı ilə yeni mövsümə start verib.
AzVision.az xəbər verir ki, 26 noyabr tarixinə kimi davam edəcək proqram ilk olaraq oktyabrın 13-də valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, qazi ailələrinin övladları üçün nümayiş olunub.

"Möcüzələr Şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı başlayır - Fotolar
Su şousu ən çox gözlənilən proqram olub. Səhnədə təqdim olunan 100 tonluq su illüziyası, 600 fontan simfoniyası həm uşaqlar həm də böyüklər üçün maraq doğurub.

Şou artistləri qarşıdakı günlərdə də möhtəşəm səyahətin tarixinə dair bir hekayədən bəhs edəcək, bu hekayənin qəhrəmanları unikal bir gəmi ilə bizi möcüzələr dünyasına aparacaqlar. Artistlərin arasında dünya şöhrətli kloun, akrobatlar, gimnastlar, kəndirbazlar, ekvilibristlər da çıxış edəcəklər.

Biletlər şəhərin bütün kassalarında və iTicket rəsmi saytından əldə etmək mümkündür.

AzVision.az

Qalereya




Teqlər:   Sirk  





Xəbər lenti