Fransızlar bütün Avropaya taxtabiti yayacaq

   Fransızlar bütün Avropaya taxtabiti yayacaq
  12 Oktyabr 2023    Oxunub:1111
Fransada artan taxtabiti populyasiyası digər Avropa ölkələrini, o cümlədən Estoniyanı təhdid edə bilər.
Bu barədə ERR portalı üçün jurnalist Sandra Saar yazır. Onun sözlərinə görə, fransızlar çox səyahət edirlər, buna görə də taxtabiti problemi digər Avropa ölkələrinə də yayıla bilər.

Tartu Universitetinin entomoloqu Mati Martinin sözlərinə görə, taxtabitilər Aralıq dənizindən gəlir və buna görə də isti iqlimi sevirlər. Yaşayış binaları onlar üçün uyğun yaşayış yeridir.

“Böcəklərin yeni qurbanlar axtarmaq vərdişi var. Səyahət zamanı otel otağına yeni bir insan girərsə, taxtabitilər onu yeni bir obyekti qəbul edirlər. Eyni şey birələrdə də müşahidə edilir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti