Qalib QHT-lər nə vaxt açıqlanacaq?

Qalib QHT-lər nə vaxt açıqlanacaq?
  14 Fevral 2013    Oxunub:2955
2013-cü ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilən müsabiqənin qalibləri hələ bəlli deyil. Çünki hələ layihələrin ekspertizası və qiymətləndirilməsi yekunlaşmayıb.
Bu barədə AzVision.az-a məlumat verən Azərbayca Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, Şuraya ümumilikdə 512 layihə təqdim olunub: “Hazırda layihələr selleksiya komissiyası tərəfindən araşdırılır. Şuraya daxil olan 80-dən çox layihə qüsurlu olduğu üçün ekspert qiymətləndirməsi mərhələsinə buraxılmayıb. Yerdə qalan layihələr isə ekspertizadadır, hər bir layihə ayrı-ayrılıqda qiymətləndiriləcək”. Onun sözlərinə görə, yaxşı layihələr də var, zəif hazırlanmış layihələr də. Ekspertlərin qiymətləndirməsindən sonra layihələr Şura Katibliyinə təqdim olunacaq.
Şura Katibliyinin icraçı direktoru adlarını açıqlamasa da, Selleksiya komissiyasının tərkibində 30-a yaxın ekspertin birgə fəaliyyət göstərdiyini deyib. O bildirib ki, Şuranın qərar qəbul etməsi üçün ekspertlərin rəyi vacibdir. Bununla belə Şura Katibliyi özü hər bir QHT haqqında, eləcə də təklif olunan layihə barədə arayış hazırlayır. Layihələrlə bağlı ekspertlərin rəyi ilə həmin arayışlar ümumiləşdirildikdən sonra Şura Katibliyi qərar verəcək. Bütün hallarda Şura Katibliyinin qərarı yekun qərar olacaqdır.
Fərasət Qurbanov layihələrlə bağlı maraqlı bir məqamı da qeyd edib. O təəssüflə bildirib ki, bəzi təşkilatlar keçən ilki layihəni olduğu kimi təkrarən Şuranın 2013-cü il üçün elan etdiyi müsabiqəyə təqdim edib: “Bu, təəssüf doğurur. Əgər eyni layihənin davamı kimi təqdim olunursa və Şura hesab edirsə ki, bu layihənin davam etdirilməsinə zərurət var, onu dəstəkləyirik. Amma çox təəssüf ki, təqdim olunan layihələrin bəziləri elə eyni, ötən ilki layihələrdir. Təbii ki, təkrar layihələr geri qaytarılacaq, Şura onlara maliyyə ayırmayacaq”.


Teqlər:  





Xəbər lenti