Kartofla minanın fərqi

 Kartofla minanın fərqi
  17 İyun 2023    Oxunub:2624
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Qeyd edək ki, ermənilər bu fəaliyyəti adətən "kənd təsərrüfatı işləri görmək" adı altında həyata keçirirlər. Azərbaycan Ordusu bunun qarşısını alanda isə "dinc fermerlərə mane olundu" deyib, hay-küy salırlar.
Bəlkə də ermənin tərəfi bel və dırmıq ilə avtomatın fərqini yaxşı bilmir. Eybi yox, Azərbaycan əsgəri hər zaman onlara fərqi başa salmağa hazırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti