Avropa İttifaqı Almaniyada mikroçiplər istehsal edəcək

   Avropa İttifaqı Almaniyada mikroçiplər istehsal edəcək
  09 İyun 2023    Oxunub:737
Avropa İttifaqı (Aİ) Çin və ABŞ-dan asılılığı azaltmaq üçün mikroçip və çiplərin istehsalına bir neçə milyard avro sərmayə qoyacaq.
Bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinə istinadən Der Spiegel məlumat yayıb. Qeyd olunub ki, yalnız Almaniyada Aİ 31 layihəni maliyyələşdirmək niyyətindədir.

Təkcə Avropa IPCEI layihəsinə 8,1 milyard avro məbləğində vəsait ayrılacaq. Bundan əlavə, özəl şirkətlər 13,7 milyard avroya qədər sərmayə qoyaraq ümumi sərmayəni təxminən 21,8 milyard avroya çatdıracaq. İnvestisiyalar Infineon və Bosch tərəfindən alınacaq. Layihələr materialların istehsalı və çip dizaynından tutmuş yeni məhsulların və tətbiqlərin yaradılmasına qədərdir.

Çinin elektronika istehsalçısı "Wingtech"in törəmə şirkəti olan "Nexperia" şirkəti dövlət subsidiyalarından istifadə etmir. Məhz bu səbəbdən, nəşrə görə, o, maliyyə proqramından kənarlaşdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti