BMT emissarı Sudandan qovulub

   BMT emissarı Sudandan qovulub
  09 İyun 2023    Oxunub:861
Sudan hakimiyyəti BMT baş katibinin ölkədəki emissarı Volker Pertesi “persona non-qrata” elan edib.
Bu barədə Sudan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Sudan hökuməti BMT-nin Baş katibini onun nümayəndəsi və Sudan Keçid Yardım Missiyasının (UNITAMS) rəhbəri Volker Pertesin “persona non-qrata” elan etməsi barədə xəbərdar edib.

Pertesin qovulması BMT Təhlükəsizlik Şurası ilə Xartum arasındakı qarşıdurmanın nəticəsi idi - Sudan 2021-ci ildə UNITAMS missiyasının rəhbəri və BMT Baş Katibinin ölkədəki emissarı olmuş Pertesi əvəz etməkdə israr etdi. 2 iyun 2023-cü ildə onun mandatı uzadıldı və bu, Sudanda narazılığa səbəb oldu.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti