Pentaqon Ukraynaya əlavə 2 milyardlıq hərbi yardım edəcək

  Pentaqon Ukraynaya əlavə 2 milyardlıq hərbi yardım edəcək
  09 İyun 2023    Oxunub:799
Pentaqon bu gün Ukraynaya 2 milyard dollardan çox dəyərində hava hücumundan müdafiə sursatları da daxil olmaqla yeni hərbi yardım paketini elan etmək niyyətindədir.
Bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb. Qeyd olunub ki, söhbət "Hawk" zenit kompleksi üçün buraxılış qurğuları və raketlərin, "Patriot" hava hücumundan müdafiə sistemi üçün iki növ qabaqcıl raketlərin alınması üçün vəsaitin ayrılmasından gedir.

Bir çox amerikalı ekspertlər daha əvvəl bəyan ediblər ki, Ukraynaya artıq 36 milyard dolları keçmiş hərbi yardım ABŞ Silahlı Qüvvələrinin ehtiyatlarını xeyli tükəndirir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti