Blinken tezliklə Pekinə səfər edə bilər

  Blinken tezliklə Pekinə səfər edə bilər
  09 İyun 2023    Oxunub:776
ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə Çin tərəfi ilə danışıqlar aparmaq üçün Pekinə səfəri gözlənilir.
Bu barədə "Politico" xəbər verib. Nəşr qeyd edib ki, Blinken Yaxın Şərq turunu başa vurduqdan sonra Pekinə gedəcək.

Çin bir müddətdir ki, ABŞ-la ilk növbədə diplomatiya və hərbi sahədə birbaşa təmaslardan imtina edir. Pentaqon rəhbəri Lloyd Ostin Sinqapurda keçirilən təhlükəsizlik sammitində çinli həmkarı ilə danışa bilməyib. Ostin bildirib ki, Vaşinqton müttəfiqlərinin və tərəfdaşlarının Çin tərəfindən nəyəsə məcbur edilməsinə və hədələnməsinə dözməyəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti