Kaxovka bəndinin dağıdılması nəticəsində 16 min insan zərər çəkib

   Kaxovka bəndinin dağıdılması nəticəsində 16 min insan zərər çəkib
  08 İyun 2023    Oxunub:891
Ukraynanın cənubunda Xerson vilayətindəki Kaxovka bəndinin dağılması və bölgəni su basması nəticəsində 16 min insan zərər çəkib. Ümumilikdə, 1995 nəfər ərazidən təxliyə edilib.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında qeyd edilib.
"Kaxovska SES-də təxribatı Ukrayna qəsdən törədib" - Kreml

Qurumun sözçüsü Shabia Mantoo bildirib ki, 100 minlərlə insanın içməli suya çıxışı yoxdur.

Xatırladaq ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb .

Bu stansiya Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. Kaxovka SES 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiya tərəfindən işğal olunub.

AzVision.az


Teqlər:   Ukrayna   KaxovkaSES  





Xəbər lenti