İrəvanla Bakı arasında danışıqlar dəstəklənməlidir - Manilov

   İrəvanla Bakı arasında danışıqlar dəstəklənməlidir -    Manilov
  08 İyun 2023    Oxunub:818
MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının dəstəklənməsini vacib sayır.

O, bu barədə Bakıda MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi dəstəklənməlidir. Ümid edirəm ki, Ermənistanda keçiriləcək növbəti görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək", - o vurğulayıb.

Manilov bildirib ki, MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb. Əsasən, sənəd Birlik ölkələrinin xarici sərhədlərindəki vəziyyəti əks etdirir.

Qeyd edək ki, bu gün Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclası keçirilir. İclasda Azərbaycan,Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan sərhəd xidmətlərinin nümayəndələri də iştirak edir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti