İran: SEPAH-ın raket fəaliyyəti “qanuni”dir
Kənani əslində həmin dövlətləri beynəlxalq öhdəlikləri pozmaqda uzun və aydın tarixə malik olan ölkələr kimi tənqid edib və onların İranın tam qanuni müdafiə imkanları ilə bağlı şərh verməyə haqqı olmadığını söyləyib. O, ölkəsinin silahlı qüvvələrin müdafiə bazasının gücləndirilməsi sahəsində səylərini xarici təhdidlərə qarşı çəkindirmə və İranın milli təhlükəsizliyinin müdafiəsinin yaradılmasında düzgün təsirli tədbir kimi qiymətləndirib.
Qeyd edək ki, “Fəttah” raketi ilə bağlı xəbərlərin və görüntülərin İran mediasında geniş yayılmasından sonra Ağ Evin Milli Təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, ABŞ-ın əvvəlki sanksiyalarına işarə edərək, ölkəsinin İranın bölgədəki fəaliyyəti, o cümlədən ballistik raket proqramı ilə üzləşdiyini deyib.
Britaniya Xarici İşlər nazirliyinin sözçüsü isə öz bəyanatında İran hökuməti və onun raket proqramını dünya üçün “təhdid” adlandıraraq, Tehranın beynəlxalq məhdudiyyətlərə məhəl qoymamasını tənqid edib.
AzVision.az