Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təxirə salındı

   Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təxirə salındı
  08 İyun 2023    Oxunub:923
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında keçiriləcək danışıqların növbəti raundu təxirə salınıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan tərəfinin xahişi ilə Vaşinqtonda planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. İclasın yeni tarixi barədə ictimaiyyətə lazımi qaydada məlumat veriləcək".

Daha əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun iyunun 12-də baş tutacağı bildirilirdi.

Vaşinqtonda nazirlərin danışıqları 4 gün (1-4 may) davam edib. Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti