İzzətullah Zərğami: “əsassız sərtlik” olmamalıdır

   İzzətullah Zərğami:    “əsassız sərtlik” olmamalıdır
  08 İyun 2023    Oxunub:956
İranda hicabı məcburi edən “iffət və hicab” qanununda ehtiva olunan müddəalara əməl edilməsi yönündə əksər məmurlar tam ifrata varırlar ki, bu da cəmiyyətdə etiraz əhval-ruhiyyəsini daha da gücləndirir.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, ölkənin Mədəni irs və turizm naziri İzzətullah Zərğami tarixi yerlərin rəhbərlərindən məhkəmənin qərarından qorxaraq hicaba qarşı “əsassız sərt” olmamağı xahiş edib.

Ziyarətçilərin “hicabsızlığı” səbəbindən bəzi tarixi yerlərin bağlanması ilə bağlı xəbərlərin dərci nazirdə narahatlıq yaradıb. İzzətullah Zərğamiyə görə, tarixi məkanların idarəçiləri məhkəmə prosesləri ilə bağlı qorxu və narahatlıq üzündən hicabla bağlı əsassız sərtliklər etməməli, belə mərkəzləri bağlamamalı və ya xidmətlərini azaltmamalıdırlar.
Bu yerlərə giriş-çıxışın nəzarət altında olduğunu və lazımi xəbərdarlıqların edildiyini diqqətə çatdıran Zərğami, “məhkəmə sisteminin qərarı ilə “razılaşmasaq” bunun ədliyyə işçilərinə əks olunacağını bildirib.

Son günlər ziyarətçilərin geyimi məsələsinə görə Kirmanşahdakı “əl-Mülk Təkiyyə”nin rəhbərinin, məcburi hicabsız qadına evlilik təklif edən kişinin videosunun yayımlanmasından sonra Fars vilayəti Mədəni irs idarəsinin baş direktorunun işdən çıxarılması və Şirazdakı Hafiz məqbərəsinin direktorunun həbsi ilə bağlı xəbərlər yayılıb.

İranın turizm naziri, digər məsələlərlə yanaşı, xarici turistlərin və çoxlu insanların qaldığı, otaqların bron olunudğu bir vaxtda Kaşandakı “Xanei Amiriha” otelinin yanlış hicab bəhanəsi ilə möhürlənməsini tənqid edərək, bu insanların küçələrdə didərgin düşdüyünü və turizm sənayesinə ölümcül zərbə vurulacağını bildirib.

AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti