İçməli su ermənilər üçün zəhər olub- Uşaqlar xəstəxanalara yerləşdirilirlər - VİDEO

   İçməli su ermənilər üçün zəhər olub-    Uşaqlar xəstəxanalara yerləşdirilirlər    - VİDEO
  08 İyun 2023    Oxunub:1645
Uzun illər Azərbaycana axan çayları təhlükəli maddələr, kimyəvi tullantılarla çirkləndirən İrəvan indi də içməli su ilə bağlı öz vətəndaşlarına qarşı oxşar addımlar atır.
Ermənistan telekanalları yay başlayandan vətəndaşların içməli su ilə bağlı artan problemlərinə dair silsilə reportajlar hazırlayırlar.

Azərbaycanı 30 il susuz qoyanların su qayğısı - Replika
Məsələn, "Armlur"un əməkdaşı Tairovda olarkən yerli sakinlər suyun həddindən artıq xlorlanmasından şikayətləniblər. Qeyd edilir ki, icmanın sakinləri çoxalıb və bu səbəbdən uzun müddətdir ki, içməli suyun verilməsində ciddi problemlər yaşanır. Ermənilər yay aylarında krandan içməli su götürə bilməmələrindən də gileyləniblər.

"Belə ki, son günlər içməli su tərkibinə hədsiz dərəcədə xlor vurulan yararsız artezian suları ilə əvəz olunur. Tairov sakinləri qeyd ediblər ki, keyfiyyətsiz su səbəbindən kənddə artıq xeyli uşağın bağırsaq və böyrəklərində problemlər yaşanır, onlar tez-tez ishal olurlar. Hətta bəzi ailələr bu səbəbdən uşaqlarını xəstəxanalara da yerləşdiriblər", - reportajda qeyd edilir.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın ciddi susuzluq təhlükəsi ilə də üzləşib. Tanınmış erməni jurnalistlər və ekspertlər Azərbaycanın qələbəsindən sonra bölgənin içməli su ehtiyatlarının böyük bir hissəsini öz nəzarətinə qaytardığını yazaraq, artıq regionun gələcəyini rəsmi Bakının müəyyən edəcəyini bildirirlər.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   İçməli-Su  





Xəbər lenti