İrandan mühacirət edənlərin yaşı azalıb
Müəllimlərdən birinin məlumatına əsasən “Etemad” qəzeti bu məsələ ilə bağlı yazı dərc edib.
“Şagirdlər məyusdurlar. Qız 9-cu sinifdə oxuyur və onu Kanadanın Toronto şəhərindəki universitetə bağlı məktəbə yazdırmaq üçün təxminən 620 milyon tümən ödəyiblər. Tələbələrin miqrasiyasının digər səbəbi bakalavr və magistr diplomlarının əslini ala bilmək üçün milyonlarla dollar ödəmək zərurətidir. Əgər tələbə universiteti bitirəndən sonra xaricdə təhsilin davam etdirmək istəyirsə bu zaman ona təhsil aldığı universitetin diplomu, transkript və buraxılış şəhadətnaməsi lazım olur. Universitetdən bu sənədləri almaq üçün isə tələbə küllü miqdarda pul ödəməlidir”, - yazıda bildirilir.
Buna görə də, sonradan sənədləri almaq üçün ödəməli olacaqları məbləği valideynlər indidən xərcləyib övladlarını daha erkən məktəb çağında başqa ölkələrə oxumağa göndərməyə üstünlük verirlər.
Son illər iranlı mühacirlərin sayı kəskin şəkildə artsa da, İran hökuməti, o cümlədən Təhsil nazirliyi tələbələrin xaricə miqrasiyası ilə bağlı heç bir məlumat açıqlamır. İranlıların müxtəlif qruplarının son illərdə xaricə miqrasiya nisbəti ilə bağlı statistik məlumatlar dərc edən Miqrasiya idarəsi isə əvvəllər yalnız elit tələbələrin mühacirət statistikasını göstərirdi.
Amma “Etemad” qəzeti son aylarda immiqrasiya idarələrində tələbələr üçün immiqrasiya sənədlərinin bir-birinin ardınca açıldığını vurğulayır.
AzVision.az