İrandakı edamlarla bağlı 12 təşkilat birgə bəyanat yayıb

   İrandakı edamlarla bağlı 12 təşkilat birgə bəyanat yayıb
  07 İyun 2023    Oxunub:930
Son vaxtlar İranda edamların sayının artması teokratik rejimə qarşı beynəlxalq aləmin vahid mövqedən çıxış etməsini şərtləndirir. İnsan haqları müdafiəsi təşkilatlara bu yöndə daha çox mütəşəkillik nümayiş etdirirlər.
AzVision.az bildirir ki, 12 insan haqları təşkilatının ümumi bəyanatında BMT-dən və dünyanın müxtəlif hökumətlərindən İrana qarşı təzyiqləri artırmaları xahiş olunur.
“İranda edamların artması tendensiyası ilə bağlı edam cəzasına qarşı çıxanlar, öz bəyanatlarınızı təkrarlamaqdan əl çəkin və bu edamları dayandırmaq üçün İrana təzyiqləri artırın. Edamlarda iştirak edən şəxslərə və qurumlara qarşı məqsədyönlü tədbirlər və məhdudiyyətlər tətbiq olunmalıdır. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə idarəsi və BMT-nin İrandakı digər agentliklərinin fəaliyyətləri İranda ölüm hökmü ilə cəzalandırılanlara kömək etməlidir. 2023-cü il yanvarın 1-dən İranda yüzlərlə insan edam edilib”, - birgə bəyanatda deyilir.

Müraciətdə müxtəlif mənbələrdən alınan məlumatlara görə, həmin vaxt ərzində 290-310 adamın edam olunduğu bildirilir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 75%-dın çoxdur.

Bəyanatı “Impact Iran Institutions”, “Kordapa”, “Ahraz”, “SPF”, “Baloch Activists Campaign”, “KMMKJ”, “Rasank”, “SCPM”, “IHRANGO”, “Maddə 19”, İranda bütün İnsan hüquqları hamı üçün”və “ABC” təşkilatları imzalayıblar.

AzVision.az



Teqlər: BMT   İran  





Xəbər lenti