Şimali koreyalılar intihar edə bilməyəcək: Gülməli qərar

   Şimali koreyalılar intihar edə bilməyəcək:   Gülməli qərar
  07 İyun 2023    Oxunub:1101
Şimali Koreya lideri Kim Çen In Şimali Koreyada intiharı qadağan edən fərman verib.
KİV-in məlumatına görə, Kim intiharları “sosializmə xəyanət” adlandırıb və yerli hakimiyyət orqanlarına qabaqlayıcı tədbirlər görməyə göstəriş verib. KXDR-dəki mənbələrin məlumatına görə, Şimali Koreya vətəndaşları arasında intiharların sayı ötən illə müqayisədə 40 faiz artıb.

"Şimali Koreyada insanların çətin həyatı səbəbindən çoxlu özünəqəsdlər var", - hesabatda deyilir. Bildirilir ki, göstəriş verilsə də, yerlərdə məsul şəxslər hələ də mövcud vəziyyətə uyğun həll yolu tapa bilməyiblər.

“İntiharların çoxu həddindən artıq yoxsulluq və aclıq üzündən baş verib, ona görə də indi heç kim buna qarşı tədbir görə bilmir”, - mənbə deyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: ŞimaliKoreya  





Xəbər lenti