Saakaşvilinin 6 aylıq qızı var

 Saakaşvilinin  6 aylıq  qızı var
  07 İyun 2023    Oxunub:1180
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və Ukrayna Ali Radasının deputatı Yelizaveta Yaskonun altı ay əvvəl qızı olub.
Bu barədə məlumatı Ukrayna nəşri Strana.ua-ya siyasətçinin qardaşı David Saakaşvili təsdiqləyib: “Bəli, bu Mixeilin uşağıdır. O, təxminən altı ay əvvəl doğulub. Mən onu görmüşəm. Mixeil isə hələ övladını görməyib".

Yasko daha əvvəl uşaq dünyaya gətirdiyini açıqlamışdı. O, sosial şəbəkədə bildirmişdi ki, qızı Ukrayna vətəndaşının pasportu ilə fəxr edən atasının davamçısıdır.

"Birlikdə olmağı planlaşdırdığımız çox vacib anlarda qızımın atasının azad və sağlam olmayacağını heç vaxt təsəvvür edə bilməzdim".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Saakaşvili  





Xəbər lenti