Erməni hərbçi özünü doğradı

 Erməni hərbçi özünü doğradı
  07 İyun 2023    Oxunub:1403
Dünən Ermənistan ordusunun hərbçilərindən biri müəmmalı şəkildə ölüb. AzVision.az xəbər verir ki, kriminal xəbər saytı "Shamshiyan" hadisənin İrəvanda baş verdiyini yazıb.
"Saat 23:00 radələrində Heratsi Universitetinin 1 saylı xəstəxanasından Ərəbkir polis şöbəsinə ölüm halı ilə bağlı məlumat daxil olub.

Təcili yardım həkimi Orbeli küçəsindəki binaların birindən son dərəcə ağır vəziyyətdə olan vətəndaşı xəstəxanaya çatdırıb. İdarə rəisi Ruben Nersisyanın rəhbərlik etdiyi Ərəbkir Polisinin əməliyyat qrupu xəstəxanaya yola düşüb. Polis xəstəxanaya çatdırılan şəxsin İrəvan sakini, 21 yaşlı Levon S. olduğunu və reanimasiyada özünə gəlmədən dünyasını dəyişdiyini müəyyən edib. O da məlum olub ki, həmin gün saat 22:00 radələrində Levon S. yataq otağında güzgünü sındıraraq boyun nahiyəsinə xəsarət yetirib", - nəşr yazıb. Bildirilir ki, ölən gənc hərbçidir

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Erməni   hərbçi  





Xəbər lenti