Bu barədə İsveçin “Aftonbladet” qəzeti yazı. “Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib”, - nəşr bildirib. Məhkəmədən sonra İsveç hökuməti indi ekstradisiya ilə bağlı qərar verməlidir. Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişinin taleyindən gedir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.
Qeyd edək ki, qərar NATO-nun Vilnüs sammitindən bir müddət əvvəl verilib. Sammit iulun 11-12-də keçiriləcək.
AzVision.az