Kaxovka SES-in vurulması hansı problemləri yaradacaq?

   Kaxovka SES-in vurulması hansı problemləri yaradacaq?
  06 İyun 2023    Oxunub:1981
"Kaxovka Su Elektrik Stansiyasının dağıdılması Krıma Dnepr suyunun verilməsində problemlərə səbəb ola bilər". Bu barədə Yeni Kaxovka administrasiyasının rəhbəri Vladimir Leontev bildirib.
Onun sözlərinə görə, şəhərdə suyun qalxması hazırda 2,5 metrdən 4 metrə qədərdir.

"Hazırda yeganə təhlükə Krıma su təchizatı ilə bağlı yaranan problemlərdir", - Leontev jurnalistlərə bildirib.
Ukraynada "Nova Kaxovka" su anbarı dağıdılıb - VİDEO


Xerson vilayəti hökumətinin başçısı Andrey Alekseenko qeyd edib ki, Dnepr sahillərində vəziyyət nəzarət altındadır, insanların həyatı üçün təhlükə yoxdur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hökmət çayda suyun səviyyəsinə nəzarət edir.

Qeyd edək ki, Ukraynanın cənubunda, Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən "Nova Kaxovka" su anbarı vurulub. Dnepr çayı üzərindəki bənd bölgədə böyük daşqınlara səbəb olub. Tərəflər isə bəndin vurulmasına görə bir-birini günahlandırırlar.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Ukrayna   SES  





Xəbər lenti