“Maşından düşməyə icazə vermədi” – Paşinyan ilk dəfə oğurlanmasından danışdı

      “Maşından düşməyə icazə vermədi” –    Paşinyan ilk dəfə oğurlanmasından danışdı
  05 İyun 2023    Oxunub:1051
Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyan qalmaqallı adam oğurluğu işi ilə bağlı ilk dəfə açıqlama verib.
Aşot deyib ki, onu oğurlamaqda təqsirləndirilən əsgər Jora Martirosyanın anası Qayane Akopyanın hansı məqsədlər ona qarşı belə davranmasından xəbərsizdir.

Aşotun "oğurlanması": 1 milyardlıq kokain necə ört-basdır edildi?
O, avtomobilə öz istəyi ilə mindiyini bildirib. Baş nazirin oğlunun sözlərinə görə, ona yalnız maşında Yerablur hərbi panteonuna getdikləri barədə məlumat verilib.

Kiçik Paşinyan deyib: “Oğurlanmaya cəhd mənə maşından düşməyə icazə verilməyəndə başladı".

Barışıq və ümumilikdə cinayətlə bağlı işin bağlanmasına gəlincə, baş nazirin oğlu deyib ki, ədaləti o yox, müvafiq strukturlar həyata keçirməlidir.

Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə öldürülmüş erməni hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilinərək saxlanılıb.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Paşinyan   Adam-Oğurluğu  





Xəbər lenti