Tələbənin ölümü: Tehranın Əmir Kəbir uiniversiteti rəhbərliyinin səhlənkarlığı

   Tələbənin ölümü:  Tehranın Əmir Kəbir uiniversiteti rəhbərliyinin səhlənkarlığı
  05 İyun 2023    Oxunub:945
İran hökumətinin apardığı antixalq siyasəti ölkənin ali məktəblərinin rəhbərliklərində tələbələin problemlərinə və həyatlarına laqeydlik atmosferi də formalaşdırıb. Məhz belə münasibət Əmir Kəbir uiniversiteti tələbəsinin ölümü ilə nəticələnib.
AzVision.az xəbər verir ki, Tehranın Əmir Kəbir universitetinin tələbəsi Bəsir İbrahimpurun universitetin kampusunda vəfatı cəmiyyətdə narazılıqla qarşılanıb. Tələbə fəalları, eləcə də ölkənin tələbə həmkarlar ittifaqı şuraları, İbrahimpurun ölümünə universitet tərəfindən ilkin tibbi yardımın göstərilməməsi, universitetdən kənardan təcili yardımın 45 dəqiqə gecikməsi, xüsusən də universitet rəhbərliyinin tələbələrin həyatına və sağlamlığına biganəliyinin səbəb olduğunu bildiriblər.

“Mayın 31-də Əmir Kəbir universitetinin kampusunda maşınqayırma fakültəsi tələbəsi Bəsir İbrahimpur infarkt keçirib və digər tələbələr onun vəziyyəti ilə bağlı dərhal “Universitet təcili yardım”ına məlumat veriblər. Lakin universitetin təcili tibbi yardım mərkəzinin çox yaxın olmasına baxmayaraq, onlar tərəfindən heç bir addım atılmayıb. Təxminən 45 dəqiqə sonra universitetdən kənardan təcili yardım maşını universitetə gəlsə də, tələbəni ölümdən xilas edə bilməyib” - məlumatda deyilir.
Bəsir İbrahimpurun vəfatından sonra Əmir Kəbir universitetinin İdarə şurası onu “çalışqan və istedadlı tələbə” adlandırmaqla yanaş, bu tələbənin daha əvvəllərdə ürək ağırlaşmaları olduğuna görə ürəyi dayandığını bildirib.

Rəhbərlər Şurası öz bəyanatında universitetdə yerləşən təcili tibbi yardım şöbəsinin vaxtında gəlib tələbəni xəstəxanaya aparmasına və həkimlərin səyinə baxmayaraq, əməliyyat nəticə vermədiyini və onun dünyasını dəyişdiyini iddia edib.

Tələbə həmkarlar ittifaqı şuraları isə universitetin tələbələrinin dəfələrlə təcili yardım şöbəsinin nizamsız vəziyyəti barədə səlahiyyətli orqanlara məlumat versələr də Bəsir İbrahimpur vəfat etdiyini bildirirlər. Çünki “tələbə sağlamlığı” bu universitetin idarəçilərinin heç vaxt prioriteti olmayıb.
AzVision.az


Teqlər: İran   tələbə  





Xəbər lenti