Əfqanıstanda 80-ə yaxın məktəbli qız zəhərlənib

   Əfqanıstanda 80-ə yaxın məktəbli qız zəhərlənib
  05 İyun 2023    Oxunub:959
Əfqanıstanda məktəbli qızlar arasında kütləvi zəhərlənmə qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sky News” mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, 80-ə yaxın məktəbli qız zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə Sari Pul əyalətində baş verib.

Təhsil şöbəsinin sözçüsü Məhəmməd Rəhmani bildirib ki, qızlar naməlum şəxslər tərəfindən qəsdən zəhərlənib. Onun sözlərinə görə, bir ibtidai məktəbdən 60, digərindən isə 17 şagird xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Nəşrin məlumatına görə, bu, "Taliban"ın 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirərək əfqan qadın və qızların azadlığını məhdudlaşdırmağa başlayandan sonra ilk hücum cəhdidir.

Qeyd edək ki, 2021-ci il avqustun əvvəlində radikal "Taliban" hərəkatı Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Taliban Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini bəyan edib. Sentyabrın əvvəlində Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb. Mart ayında "Taliban" orta və yuxarı siniflərdə oxuyan məktəbli qızların dərslərə getməsini qadağan edib. İndi ölkədə qızlar qızlar ancaq altıncı sinfə qədər oxuya bilər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti