Hakan Fidan vəzifəsinin icrasına başladı

  Hakan Fidan vəzifəsinin icrasına başladı
  05 İyun 2023    Oxunub:1304
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan bu gün vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
AzVision.az xəbər verir ki, o, vəzifəsini Mövlud Çavuşoğludan təhvil alıb.

Türkiyə Xarici İşlər Nazirliyində keçirilən tədbirdə çıxış edən M.Çavuşoğlu qeyd edib ki, vəzifə səlahiyyətlərinə başladığı 2014-cü il 24 avqust tarixindən işini böyük şərəflə yerinə yetirib.

"Bu gün biz köklü Xarici İşlər Nazirliyimizin yaranmasının 500 illiyini qeyd edirik. Ancaq bu da faktdır ki, türk olan yerdə dövlət var, dövlət olan yerdə diplomatiya var. Mən bu köklü ənənəyə arxalanaraq inamla çalışdım. Bu, böyük məsuliyyət idi. Biz Hakan Fidanla birlikdə ən həssas mövzularda ölkəmizin varlığını qoruduq. Terrora qarşı birlikdə mübarizə apardıq. Mən həmişə Nazirliyimizə və nazirimizə dəstək olmağa hazır olacağam".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın formalaşdırdığı yeni Nazirlər Kabinetində Hakan Fidan xarici işlər naziri təyin olunub. O, bundan əvvəl Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) başçılıq edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti