Terrorçular 54 sülhməramlını öldürdü

   Terrorçular 54 sülhməramlını öldürdü
  05 İyun 2023    Oxunub:888
“Əl-Şəbab” terror təşkilatının yaraqlılarının Somalidəki Afrika Birliyinin bazasına hücumu nəticəsində Uqandanın 54 sülhməramlısı ölüb.
Bunu Uqanda prezidenti Yoveri Museveni bildirib. Onun sözlərinə görə, terrorçuların bazaya hücumları Somalinin Baraave şəhərində həyata keçirilib: “Biz komandir də daxil olmaqla həlak olmuş 54 əsgərin cansız cəsədini tapdıq.

“Əl-Şəbab” yaraqlıları Baraaveyə növbəti hücuma cəhdi etsələr də, qüvvələrimizin güclü müqaviməti ilə qarşılaşdılar və qaçmağa məcbur oldular”.

AzVision.az


Teqlər: Terror   Somali  





Xəbər lenti