Türkiyə Bosfor və Dardanel boğazlarından keçid haqqını artırır

   Türkiyə Bosfor və Dardanel boğazlarından keçid haqqını artırır
  05 İyun 2023    Oxunub:873
İyulun 1-dən Türkiyə ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq.
Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi bildirib. Qeyd olunub ki, “Montrö Boğazları haqqında Konvensiya”ya uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların əmsallarında qızıl frankın baza dəyəri 1 iyul 2023-cü il tarixindən etibarən 4,42 ABŞ dolları olacaq.

Məqalədə qeyd edilib ki, Türkiyənin boğazlardan keçən gəmilərdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon ABŞ dollarına çatacaq.

AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti