Amnesty International: “İranda narkotiklə bağlı edamlar üç dəfə artıb”

    Amnesty International:  “İranda narkotiklə bağlı edamlar üç dəfə artıb”
  03 İyun 2023    Oxunub:1544
Bu il İranda narkotik vasitələrin dövriyyəsinda baş verən cinayətlərlə bağlı edamların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxalıb.
AzVision.az bildirir ki, bu acınacaqlı statistikanı açıqlayan “Amnesty İnternational” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Təhavi, belə vəziyyətin sözün əsl mənasında utancverici olduğunu deyib.

“2023-cü ilin ilk beş ayı ərzində İranda narkotik cinayətlərlə bağlı edamlar bu ölkədəki ümumi edamların üçdə ikisinə bərabər olub və bu cəzaya məruz qalanlar iqtisadi şəraiti əlverişsiz olan marjinal insanlardır. Bu edam hallarının təxminən 20%-i Bəluc vətəndaşları ilə bağlıdır, bəluclar isə İran əhalisinin yalnız 5%-ni təşkil edir. İran hakimiyyətinin məsuliyyət daşıdığı narkotik cinayətləri ilə bağlı edamların beynəlxalq qanunlarla da ziddiyyət təşkil edən biabırçı statistikası onların insanlıqdan kənar olduğunu və yaşamaq hüququna açıq-aşkar etinasızlıq göstərdiyini göstərir” - Əl-Təhavi vurğulayıb.

İranda ölüm hökmlərini məhdudlaşdırmaq məqsədi ilə həyata keçirilən narkotiklərlə mübarizə qanunlarının dəyişdirilməsindən sonra 2017-ci ildən bəri İranda edamların sayı həqiqətən də azalıb. Amma hüquq müdafiəçiləri İranın indi ölkədə etirazları yaratmaq məqsədilə insanları müxtəlif ittihamlarla edam etdiyini bildiririrlər.
AzVision.az


Teqlər:





Xəbər lenti