Ermənistanda DİN-in idarə rəisi həbs edildi

   Ermənistanda DİN-in idarə rəisi həbs edildi
  03 İyun 2023    Oxunub:1115
Ermənistan Daxili İşlər Nazirliyinin Dilican üzrə cinayət axtarış idarəsinin rəisi Arsen Qaytmazyan 2 ay müddətinə həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" Ermənistan Baş Prokurorluğuna istinadən məlumat yayıb. Bildirilib ki, Qaytmazyan bir gün əvvəl yeniyetməni döydüyü üçün saxlanılmışdı.

Qeyd edək ki, Qaytmazyan aprel ayında oteldə rezervasiya olunmuş otağın pulunu istəyən 16 yaşlı ofisiantı döyüb. Müstəntiq, daha sonra işə nəzarət edən prokuror yeniyetmə ilə görüşən və ondan bağışlanmasını xahiş edən Qaytmazyanın “aktiv peşmanlığı” əsasında hadisəni bağlamaq qərarına gəlsə də may ayında insident geniş ictimaiyyətə ötürülüb. Bundan sonra Ermənistanın baş prokuroru Anna Vardapetyan İstintaq Komitəsinin cinayət axtarış idarəsinin rəisinə qarşı işin başlanmaması barədə qərarını ləğv edib.

AzVision.az



Teqlər:





Xəbər lenti