Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlandı

   Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlandı
  01 İyun 2023    Oxunub:716
Türkiyədə keçirilmiş prezident seçkilərinin II turunun yekun nəticələri açıqlanıb.
AzVision.az xəbər verir ki, nəticələri Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener təqdim edib.

"2023-cü il mayın 28-də keçirilən prezident seçkilərinin ikinci səsverməsində 52 milyon 93 min 375 yerli seçici iiştirak edib, səsvermə fəallığı 85,72 faiz olub. Gömrük də daxil olmaqla xaricdə 1 milyon 930 min 226 seçici səs verib və seçkilərdə iştirak nisbəti 56,34 faiz olub".

Yenerin sözlərinə görə, yekun nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğan 52,18 faiz, Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti