Tramp İranla bağlı məxfi sənədləri gizlədir?

   Tramp İranla bağlı məxfi sənədləri gizlədir?
  01 İyun 2023    Oxunub:784
ABŞ-nin 45-ci prezidenti Donald Trampa qarşı sürülən ittihamlardan biri də hakimiyyətdən getdikdən sonra bir sıra məxfi sənədləri hələ də öznüdə saxlaması iddiası ilə bağlıdır. Bu kontekstdə, onun İranla da bağlı sənədləri təhvil vermədiyi bildirilir.
AzVision.az “CNN” agentliyinə istinadən xəbər verir ki, ABŞ Federal prokurorluğunda ölkənin keçmiş prezidenti Donald Trampın Ağ evi tərk etdikdən sonra İrana mümkün hücumla bağlı Pentaqonun məxfi sənədlərini özü ilə apardığını etiraf etdiyi 2021-ci ilə aid audio-faylı var.

“Trampın şərhləri onun bu məlumatı ictimailəşdirməyə hazır olduğunu göstərir. Lakin o, Ağ evi tərk etdikdən sonra sənədlərin məxfiliyini açmaq səlahiyyətinə malik olmadığını bilir. Tramp heç bir səhv etmədiyində israrlıdır. Onun nümayəndələrindən biri Trampa aid edilən audio-faylın mövcudluğu ilə bağlı şərh verməkdən imtina edib və sadəcə olaraq istintaqı siyasi motivli adlandırıb”, - məlumatda bildirilir.

Trampın sözçüsü Stiven Çonq isə məsələni belə şərh edib:
“Bu məlumat ekstremistlər tərəfindən sızdırılıb və bu təqib əsasən siyasi motivlidir. Bu, gərginliyi qızışdırmaq, prezident Trampın və onun tərəfdarlarının media tərəfindən təqibini davam etdirmək məqsədi daşıyır”.

ABŞ-nin Ədliyyə departamenti xeyli vaxtdır ki, 2021-ci ilin yanvarında vəzifəsini tərk etdikdən sonra Trampın bəziləri çox məxfi sayılan hökumət sənədlərini gizlətməklə qanunu pozub-pozmadığını araşdırır.

AzVision.az


Teqlər: Tramp   İran  





Xəbər lenti