NATO-nun 700 hərbçisi Kosovoya daxil olub

   NATO-nun 700 hərbçisi Kosovoya daxil olub
  01 İyun 2023    Oxunub:894
"NATO-nun 700 hərbçisi özünün müstəqilliyini elan edən Kosovoya artıq daxil olub. Lakin bu, regionda münaqişənin sülh yolu ilə həllindən imtina demək deyil".
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq təşkilata üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin qeyri-rəsmi görüşü üçün Osloya gələrkən deyib.

Stoltenberq qeyd edib ki, hərbçilər NATO-nun qüvvələrini dəstəkləmək üçün Kosovoya daxil olub.

"NATO Avropa İttifaqının himayəsi altında Belqrad və Priştina arasında danışıqları tam dəstəkləyir”, - Stoltenberq əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti