Ağ Ev: Kiyev yayda hücuma hazırlaşır

  Ağ Ev:  Kiyev yayda hücuma hazırlaşır
  31 May 2023    Oxunub:757
"Ukrayna bu yay hücuma keçəcək və ABŞ-dan erkən əlavə silah tədarükünə ümid edə bilər".
Bunu CNN telekanalına müsahibəsində Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz istəyirik ki, Ukrayna yayda hücuma hazırlaşarkən özünü müdafiə etmək üçün lazım olan hər şeyə sahib olsun. Biz hərbi texnikanın təhvil verilməsini, Ukraynaya müdafiə sistemlərinin tədarükünü yay aylarında, o cümlədən çox yaxın gələcəkdə davam etdirmək niyyətindəyik”, - o bildirib.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, ABŞ hərbçiləri əks-hücum əməliyyatını planlaşdırmağa başlayandan bəri ukraynalı həmkarları ilə əlaqə saxlayırlar. Bundan əlavə, Vaşinqton Kiyevə yeni hərbi təchizat göndərməyə hazırlaşır.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başlama vaxtını təsdiqləyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti