Putinin geyimindən danışdı: "Dəbdəbəli qarderobu var"

      Putinin geyimindən danışdı:    "Dəbdəbəli qarderobu var"
  31 May 2023    Oxunub:898
Beynəlxalq Alıcılar Assosiasiyasının rəhbəri Georgi Rostovşçikov Rusiya prezidenti Vladimir Putinin geyim tərzindən danışıb.
O, Putinin üslubunu yüksək qiymətləndirib. Ekspertin fikrincə, dövlət başçısının dəb tendensiyalarına uyğun geyinməyə kömək edən ən yaxşı məsləhətçilərə sahibdir.

“Prezidentimizin dəbdəbəli qarderobu var. İnanıram ki, o, statusuna uyğun geyinir və ən yaxşı üslub məsləhətçiləri olduğuna əminəm”.

Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Putinə saqqal uzatmasının səbəbini izah edib. O bildirib ki, Ukrayna-Rusiya müharibəsinə görə saqqal saxlayır.

"Şəxsi görüşümüzdə Vladimir Vladimiroviç yenidən saqqal haqqında zarafat etdi və mən prezidentimizə izah etdim ki, bunu müharibə ərzində etmişəm", - Kadırov bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Putin  





Xəbər lenti