Şvartsenegger: "Bu mənim səlib yürüşümdür"

      Şvartsenegger:    "Bu mənim səlib yürüşümdür"
  31 May 2023    Oxunub:750
Terminator rolunun ifaçısı, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger bəşəriyyəti planeti qlobal istiləşmədən xilas etməyə biganəlikdə ittiham edib.
Bu barədə CNBC məlumat yayıb. Aktyor bildirib ki, sadəcə iqlim dəyişikliyi ilə bağlı danışılır, lakin bu, problemin həllinə gətirib çıxarmır.

“Onlar qlobal iqlim dəyişikliyi haqqında danışmağa davam etdikcə, heç kim bununla mübarizə aparmayacaq. Çünki heç kim buna əhəmiyyət vermir”, - Şvartsenegger bildirib.

İnsanların hərəkətə keçmək istəməsi üçün aktyor bütün bunları "çirklənmə" adlandırmağı təklif edib: "Məhz bu iqlim dəyişikliyinə töhfə verəcək və insanlar üçün daha real təhlükə kimi görünəcək".

Şvartsenegger əlavə edib: “Mənim bütün dünyada istixana qazı emissiyalarını azaltmaq missiyam var, çünki mən sağlam bədənə və sağlam Yer kürəsinə sahib olmaq istəyirəm. Bunun üçün mübarizə aparıram. Bu da mənim səlib yürüşümdür”.

Aktyor hesab edir ki, bəşəriyyəti qlobal istiləşmədən xilas etmək üçün yeni yanaşma lazımdır: "Yeni hər şeyin tikintisinə qarşı çıxmaq yox, əksinə, mümkün qədər təmiz enerji ilə bağlı layihələr yaratmaq lazımdır".

Bundan əvvəl Şvartsenegger atmosferə karbon tullantılarını azaltmaq üçün bəşəriyyəti ətdən imtina etməyə çağırıb. Aktyor bildirib ki, son bir neçə ildə pəhrizində bu məhsulun miqdarını dörddə üç azaldıb, tərəvəz və bitki qidalarının istehlakını artırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şvartsenegger  





Xəbər lenti