Rusiya heç kimə güllə satmayacaq - Yeni QADAĞA

   Rusiya heç kimə güllə satmayacaq -    Yeni QADAĞA
  31 May 2023    Oxunub:1233
Rusiyada mülki və xidməti silahlar üçün güllələlərin, habelə müəyyən çaplı odlu silahlar üçün güllələlərin gilizlərinin ölkədən çıxarılmasına müvəqqəti qadağa tətbiq edilir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərarı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

İmzalanan qərara əsasən, qadağa bu il dekabrın 31-dək qüvvədə olacaq.

"Qadağa Rusiya Federasiyası Silahlı Qüvvələrinin, digər qoşunlarının, hərbi birləşmələrinin fəaliyyətini təmin etmək üçün patron və mərmilərin ixracına şamil edilmir. Qərar dövlətin maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır", - deyə məlumatda bildirilir.

Nazirlər Kabineti qeyd edib ki, bu qərar Rusiya Federasiyası Prezidentinin “Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərmanının icrası məqsədilə qəbul edilib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Rusiya   Güllə   Qadağa  





Xəbər lenti