İsfahanda 18 məhbus edam ərəfəsindədir

  İsfahanda 18 məhbus edam ərəfəsindədir
  13 May 2023    Oxunub:1641
Son günlər İrandan gələn xəbərlərdə əsas mövzulardan biri insanların edam olunması və ya onları edam təhlükəsi ilə üzləşməsidir. Belə xəbərlərdən biri Mərkəzi İranda yerləşən İsfahan şəhərində 6-sı qadın və biri yetkinlik yaşına çatmamış evli qız olmaqla 18 məhbusun edam hökmünün yaxın günlərdə icra edilə bilməsi haqqındadır.
AzVision.az xəbər verir ki, İran İnsan Haqları Təşkilatının bununla bağlı verdiyi məlumat İran məhkəmlərinin çox şübhəli məntiqə söykənən təəccüblü edam üsulları barədə qərarlar çıxardığını göstərir.

“İsfahanın Dəstgərd həbsxanasında iki qadın və Dövlətabad qadın həbsxanasında 4 qadın olmaqla 18 məhbusun cəzaları icra olunmaq üzrədir. Ərini “qəsdən öldürmək” ittihamı ilə “özünə intiqam” (edam) cəzasına məhkum edilmiş yetkinlik yaşına çatmamış gəlin olan Samirə Əbbasi də bu məhbuslardandır. Həmçinin Dövlətabad qadın həbsxanasında edam cəzasına məhkum olunmuş 4 qadın məhbusun hamısı “qəsdən adam öldürmə” ittihamı ilə “özünə intiqam” (edan) cəzasına məhkum edilib” - məlumatda deyilir.

AzVision.az


Teqlər: İran   edamlar  



Xəbər lenti