"Heydər Əliyev SSRİ- də həyat yoldaşını cəmiyyətə çıxaran ilk lider idi"

   "Heydər Əliyev SSRİ- də həyat yoldaşını cəmiyyətə çıxaran ilk lider idi"
  26 Aprel 2023    Oxunub:4246
"Ukraynada səfir çalışdığım üçün Zərifə Əliyeva ilə Heydər Əliyev barədə kitabım üzərində işi bitirə bilmirdim. Ukraynada müharibə getdiyindən, 6 aydır Azərbaycandayam. Kitabı bitirmək üçün yetərincə zamanım oldu".
Bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova deyib. O bildirib ki, tamamladığı kitab rus və Azərbaycan dillərində çap olunub:

- "Zərifə və Heydər Əliyevlə əbədi yaşar məhəbbət" adlı kitabda Zərifə Əliyeva ilə bağlı xatirələr və Ulu öndərlə sevgisi təsvir edilib. Heydər Əliyev xanımını elmi işlərini davam etdirməyə ruhlandırıb. Övladı Sevil Əliyeva deyir: "Anam övladlarına çox bağlı idi və bu, onun üçün hər şeydən əhəmiyyətli idi. Atam anamı seçdiyi yola doğru getməyə təşviq edirdi". Heydər Əliyev SSRİ miqyasında həyat yoldaşını cəmiyyətə çıxaran ilk lider idi",- deyə E.Axundova xatirələr barədə danışarkən deyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti