“Dərhal orduya yazılın, bəlkə...”- Ədalət Verdiyevdən təklif

 “Dərhal orduya yazılın, bəlkə...”-  Ədalət Verdiyevdən təklif
  19 Aprel 2023    Oxunub:3600
İnformasiya müharibəsi həm müharibə zamanı döyüş meydanında vuruşan ordunun gücü qədər vacib, həm də post müharibə kontekstində mühüm təsir imkanıdır. Azərbaycan son 15 ildə Ermənistanla mübarizədə yüksək keyfiyyətli informasiya qalxanı formalaşdıra bilib. Ölkəmizin düşmən ordusuna və əhalisinə təsir göstərmək imkanları genişdir, beynəlxalq aləmdə ictimai rəyi öz xeyrinə dəyişə bilir.
Azərbaycan üçün ermənilərin əslində kim olduqlarını dünya ictimaiyyətinə tanıtmaq bu dəfə İrəvan və Qarakilsədəki görüntüləri təqdim etməklə daha rahat oldu. Söhbət Ermənistanın nüfuzunu yerlə bir edən, ermənilərin insanlıqdan, ləyaqətdən nə qədər uzaq olduğunu göstərən görüntülərdən gedir. Bir qrup kütbeyin erməni gəncinin “hünərlərini” çəkib yaydığı görüntülərdən...

11 apreldə saxlanılan birinci əsgərimizə necə işgəncə verildiyini görə bilməsək də, ayın 13-də Qarakilsə yaxınlığında saxlanılan ikinci əsgərimizə qarşı vəhşicəsinə davranıldığını, ermənilərin ona ağır işgəncələr verdiyini sosial şəbəkənin erməni seqmetində yayılan foto və video görüntülərdən izlədik. Ləyaqətsiz toplumun nümayəndələri əl-qolu bağlı bağlı vəziyyətdə yerdə uzanan əsgərimizin başını təpikləyir, onu döyür, təhqir edir və bütün bunları kameraya çəkirdilər.Əsgərimizin başına dəyən təpiklər sanki mənim başıma dəyirdi. Bu təpiklər həm də əsirlərinin geri qaytarılması üçün bəyanat belə səsləndirməyən ordu rəhbərliyinin başına vurulurdu...
Ermənilərə iki gün vaxt verməliyik! – Ədalət Verdiyevin yazısı

Bir müddət sonra İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması kimi rəzil görüntülərə şahid olduq. Məlum məsələdir ki, bu hansısa bir erməni fərdinin deyil, Ermənistan hökumətinin əməlidir. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan bir dövlət olaraq nəinki beynəlxalq səviyyəli yarışları təşkil etmək iqtidarında deyil, eyni zamanda beynəlxalq hüququn tələblərini belə yerinə yetirə bilmir. Əsir Azərbaycan əsgərinin qəddarcasına döyülməsi, Ermənistan elitasının da iştirak etdiyi tədbirdə 150 kamera önündə Azərbaycan bayrağının yandırılması, qədim “unitazlar ölkəsi”ndə kütbeyinlərin hələ də və türkofobiyadan, azərbaycanofobiyadan əziyyət çəkdiyindən, fərarilər ölkəsinin məğlubiyyət yükünün altında əzildiyindən xəbər verir.

Xəstə Ermənistan cəmiyyətinin bu hadisələrə özlərinə layiq reaksiyası isə çirkin erməni xislətinin başqa bir göstəricisidir. Ermənilər, əsasən də ziyalıları köməksiz əsirin döyülməsini, bunun adi halmış kimi kameraya çəkilməsini deyil, görüntülərin sosial şəbəkədə ictimailəşdirilməsini tənqid edirlər. Bəziləri isə bu əməllərinin Azərbaycanda həbsdə olan həmvətənlərinin əleyhinə işləyəcəyini düşünürlər. Belə çıxır ki, erməni cinayətkarlar Azərbaycanda həbsdə olmasaydı, azərbaycanlılara işgəncə vermək, onları ölənə qədər döymək, bunu çəkib göstərmək Ermənistanda doğru addım hesab edilərdi.

İndi əsir əsgərimizi döyən, onu təhqir edən erməni gənclərə bir neçə sualım və təklifim var :

• Müharibədə yaralanan erməni əsgər Tiqrana ilkin tibbi yardım göstərib hospitla göndərən, daha sonra onu ziyarət edən Azərbaycan Zabitini tanıyırsınızmı?

• Əl-qolu bağlı azərbaycanlı əsgərə işgəncə verən gənc ermənilər, nə üçün şəxsi heyət azlığından əziyyət çəkən Ermənistan ordusunda xidmət etmirsiniz?

• Azərbaycan Əsgərinə bu qədər nifrət edənlər və onları dəstəkləyənlər, Vətən Müharibəsinin intensiv atəşindən necə qurtula bildiniz? Təsadüfən adlarınız döyüşlərdən qaçan 11 minlik fərari siyahısında deyil?

• Əsgərimizə işgəncə verənləri dərhal Ermənistanın fərari ordusuna yazılıb dəlik sərhədlərini müdafiə etməyə çağırıram, bəlkə “qədim unitazlar ölkəsi”nə daha faydalı oldular.

• Qeyd etdiklərim ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində qəfildən səhnəyə qaçaraq, Azərbaycan bayrağını macarıstanlı qızın əlindən qoparıb yandıran Aram Nikolyana da aiddir.


Bütün bu olanlardan sonra, hansısa beynəlxalq qurumun Ermənistanda Avropa və ya Dünya səviyyəli turnir təşkil etməyi düzgün deyil. Ermənistanın buna heç bir hüquqi və mənəvi haqqı qalmadı. Bizi Ermənistanla danışıqlarda konstruktivliyə dəvət edənlərdən bəziləri əsgərlərimizə qarşı işgəncələrə kor baxırlar, hələ də susurlar.

Belə olan halda, Azərbaycan rusların müvəqqəti nəzarətində olan ərazilərindəki minlərlə silah daşıyan Ermənistan ordusu nümayəndələrinə qarşı eyni münasibəti göstərmək hüququ əldə edir. Bu prosesə başlamaq Azərbaycan üçün heç də çətin deyil, əksinə bu kimi fəaliyyətlər Birgə Bəyanatın 4-cü bəndinin icrasını təmin edir.

Görünür, Ermənistanda “Dəmir Yumruq” üçün darıxanlar çoxdur. Onların sayını azaltmaq artıq ciddi zərurətə çevrilib.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:   Ermənistan   Hərbi   ermənicinayətləri  





Xəbər lenti