Sabahdan bütün xarici vətəndaşlar Azərbaycana hava yolu ilə gələ biləcək

   Sabahdan bütün xarici vətəndaşlar Azərbaycana hava yolu ilə gələ biləcək
  27 Mart 2023    Oxunub:993
Sabahdan bütün xarici ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan ərazisinə giriş-çıxışına icazə veriləcək.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla sabah saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş-çıxışına icazə veriləcək.

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün Azərbaycanda xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.
AzVision.az


Teqlər:





Xəbər lenti